satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin müdafiə naziri zərərsizləşdirilən İŞİD terrorçularının sayını açıqlayıb

Türkiyənin müdafiə naziri zərərsizləşdirilən İŞİD terrorçularının sayını açıqlayıb

“Əməliyyatlarımız başlayandan bəri İŞİD terror qruplaşmasının 4 min üzvünü məhv etmişik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib.

O bildirib ki, terrorla mübarizə Türkiyə Silahlı Qüvvələrinin əsas məqsədlərindən biridir: “Biz eyni anda bir neçə terror təşkilatı ilə mübarizə aparan yeganə dövlətik. 40 ildən çoxdur ki, başımıza bəla olan terror təhdidindən qurtulmaq üçün gecə-gündüz çalışırıq. Terror insanlara ziyan vurur, terror sabitliyi pozur və terror təhlükəsizlik üçün təhdid yaradır. Biz bu bəladan xilas olmaqda qərarlıyıq”.

H.Akar vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri sonuncu terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcək: “Sona qədər gedəcəyik. Türkiyə Silahlı Qüvvələri indiyə kimi “Fırat kalkanı”, “Zeytin dalı” və “Barış pınarı” əməliyyatlarını uğurla icra edib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM