satellite   Azerspace-1: 11135 H 30000

İmran Xan azadlığa buraxılıb

İmran Xan azadlığa buraxılıb

Pakistanın keçmiş Baş naziri İmran Xan azadlığa buraxılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Pakistan KİV-inə istinadən xəbər verir ki, onun girov qarşılığında 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Xatırladaq ki, sabiq Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM