satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna SQ: "Baxmutdakı Rusiya hərbçiləri taqətdən düşüb, mübarizə apara bilmirlər”

Ukrayna SQ: "Baxmutdakı Rusiya hərbçiləri taqətdən düşüb, mübarizə apara bilmirlər”

“Rusiya qoşunları Baxmutda taqətdən düşüb, mübarizə apara bilmirlər”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, təkcə son sutkada Baxmutda 40 toqquşma olub: “Nəticədə Rusiyanın 190 hərbçisi məhv edilib, 244-ü yaralanıb, 15 nəfər əsir götürülüb. Düşmənin 3 tankı, 1 piyadaların döyüş maşını, 3 haubitsiyası, 5 sursat anbarı məhv edilib. Bu onu göstərir ki, müdafiə əməliyyatımız uğurla gedir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücum əməliyyatlarına başlayıb. Rusiya Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM