satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-da 200 mindən çox dövlət qulluqçusunun şəxsi məlumatları internetə sızıb

ABŞ-da 200 mindən çox dövlət qulluqçusunun şəxsi məlumatları internetə sızıb

ABŞ-da dövlət qurumlarının 237 min əməkdaşının şəxsi məlumatları ölkənin Nəqliyyat Departamentində məlumatların sızması nəticəsində internetə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Reuters” agentliyi departamentin ABŞ Konqresinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Məktubda bildirilir ki, məlumatlar təhlükəsizliyinin pozuntusu "TRANServe"in müavinət emalı sisteminə təsir edib, bu sistem digər şeylərlə yanaşı, dövlət işçilərinə yol xərclərinin bir hissəsini ödəyir. Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

Məlumatda bildirilir ki, insidentlə bağlı araşdırma başlanıb və təhlükəsizlik bərpa olunana qədər "TRANServe" sisteminə giriş dondurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM