satellite   Azerspace-1: 11135 H 30000

Papa Fransisk ilə Volodimir Zelenski Ukraynadakı humanitar və siyasi vəziyyəti müzakirə ediblər - FOTOLAR

Papa Fransisk ilə Volodimir Zelenski Ukraynadakı humanitar və siyasi vəziyyəti müzakirə ediblər<font color=red> - FOTOLAR</font> Papa Fransisk ilə Volodimir Zelenski Ukraynadakı humanitar və siyasi vəziyyəti müzakirə ediblər<font color=red> - FOTOLAR</font> Papa Fransisk ilə Volodimir Zelenski Ukraynadakı humanitar və siyasi vəziyyəti müzakirə ediblər<font color=red> - FOTOLAR</font>

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyaya səfəri çərçivəsində Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təxminən qırx dəqiqəlik görüşdə Ukraynadakı humanitar və siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Papa Fransisk bəşəriyyətin əhaliyə dəstək, eləcə də münaqişənin günahsız qurbanları üçün humanitar səylərini davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Volodimir Zelenski Müqəddəs Taxt-Tacda olmaqdan böyük şərəf duyduğunu və dəvətə görə təşəkkürünü bildirib.

Görüşdə Ukraynadakı hazırkı müharibə və bununla bağlı fövqəladə vəziyyət, xüsusilə humanitar xarakterli hadisələr, saxlanılan, həbs edilən, zorla Rusiyaya deportasiya edilən ukraynalıların, eləcə də azyaşlıların geri qaytarılması, həmçinin sülhə nail olmaq üçün davamlı səylər kimi məsələlər müzakirə olunub.

Ukrayna Prezidenti Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinlə də müzakirələr aparıb.

Xatırladaq ki, bu, V.Zelenskinin Vatikana ikinci səfəridir. O, 2020-ci il fevral 8-də Müqəddəs Taxt-Taca səfər etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM