satellite   Azerspace-1: 11135 H 30000

Fransada atışma nəticəsində 5 nəfər yaralanıb

Fransada atışma nəticəsində 5 nəfər yaralanıb

Fransanın Villerup və Audun-le-Tiş şəhərlərində silahlı hücumlar nəticəsində 5 nəfər yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Villerup şəhərində əvvəlcə silahlı şəxs park edilmiş avtomobillərdə olan gənclərə atəş açıb.

Hücum nəticəsində 3-ü ağır olmaqla ümumilikdə 4 nəfər yaralanıb. Hücum edən şəxs avtomobillə hadisə yerindən qaçıb.

Villerup şəhərindən təxminən 3 kilometr aralıda yerləşən Audun-le-Tiş şəhərində isə silahlı hücum nəticəsində daha bir nəfər yaralanıb.

Yaralılar müxtəlif xəstəxanalara aparılıb.

Hücumların narkotik ticarətlə əlaqəli olduğu düşünülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM