satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: "Türkiyə Böyük Millət Məclisinə seçkilərdə Cümhur İttifaqı qalib gəlib"

Ərdoğan: "Türkiyə Böyük Millət Məclisinə seçkilərdə Cümhur İttifaqı qalib gəlib"

"Türkiyə Böyük Millət Məclisinə seçkilərdə hazırkı nəticələrlə belə Cümhur İttifaqının qalibiyyəti ilə nəticələnib".

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib.

O, hazırda parlamentdə çoxluğun Cümhur İttifaqına aid olduğunu vurğulayıb: "Xalqımızın prezident seçkilərində də seçiminin güvən və sabitlik olacağına şübhəmiz yoxdur. Seçki nəticələrinin ölkəmizə və millətimizə xeyir gətirməsini diləyirəm".

"Biz heç vaxt terrorçularla qol-qola girmədik. Diyarbəkirdə kürd qardaşlarımızın şəhid olmasının səbəbkarları ilə eyni yolla getmədik. Biz əmri ancaq Allahdan və xalqımızdan alırıq. Seçki nəticələrinin hələ də tam bilinməməsi belə rəqiblərimizdən yüksək səs çoxluğu ilə irəlidə olduğumuz gerçəyini dəyişmir. İndiyə qədər nə dediksə, bundan sonra da onu deyəcəyik. Bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq. Birlikdə Türkiyə olacağıq! Bu anlayışla birlikdə qarşıdakı 5 ildə xalqımıza xidmət etməyə davam edəcəyimizə inanırıq", - Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM