satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə seçkilər: səslərin 99,04 faizi hesablanıb, Ərdoğan 49,40 faiz səs qazanıb

Türkiyədə seçkilər: səslərin 99,04 faizi hesablanıb, Ərdoğan 49,40 faiz səs qazanıb

Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, komissiya sədri Ahmet Yener deyib ki, ölkə daxilindəki seçki məntəqələrinin 99,04 faizinin nəticələri hesablanıb.

O bildirib ki, Türkiyə xaricindən daxil olan səslərin də 84.06 faizi hesablanıb.

Məlumata görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.

İkinci yerdə 44, 96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.

"Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM