satellite   Azerspace-1: 11135 H 30000

Bosniya və Herseqovinada leysan yağışları daşqınlara səbəb olub

Bosniya və Herseqovinada leysan yağışları daşqınlara səbəb olub

Bosniya və Herseqovinada ötən gündən davam edən güclü leysan yağışları sel və daşqınlara səbəb olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ölkənin şimal-qərbindəki Bihac şəhərindən keçən Una çayının daşması nəticəsində evlər və iş yerləri su altında qalıb. Bəzi yolların nəqliyyat vasitələrinin hərəkəti üçün bağlandığı, mülki müdafiə qüvvələrinin bölgəyə cəlb olunduğu bildirilir.

Sanski Most şəhərindən keçən Sana çayında suyun səviyyəsi maksimum həddə çatıb. Leysan yağışlarının ölkənin digər bölgələrində də sel və daşqınlara səbəb ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM