satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Avropa ölkələrinə səfərinin məqsədinin əks-hücuma hazırlıq olduğunu açıqlayıb

Zelenski Avropa ölkələrinə səfərinin məqsədinin əks-hücuma hazırlıq olduğunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın bəzi ölkələrinə səfərlərinin prioritetinin silahlı qüvvələrin əks-hücuma hazırlıq olduğunu açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, müvafiq bəyanat Ukrayna Prezidenti Ofisinin saytında dərc olunub.

"İtaliya, Almaniya, Fransa və Böyük Britaniyaya səfərlər zamanı ölkəmizə müdafiə dəstəyi ilə bağlı mühüm razılaşmalar əldə olunub. Avropa paytaxtlarına səfərlərin prioriteti Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində cəbhədə aktiv əməliyyatlarına hazırlıqdır", - Zelenski bildirib.

Onun sözlərinə görə, görüşlər zamanı Ukrayna üçün döyüş koalisiyasının yaradılması, habelə NATO-nun Vilnüs sammitinə hazırlıqla bağlı danışıqlar davam etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM