satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İnstitutu: “Kreml Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır”

ABŞ İnstitutu: “Kreml Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır”

Kreml tədricən “Vaqner” muzdlu hərbi təşkilatını gözdən salmağa çalışacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Ukrayna kəşfiyyatı ilə əlaqələrinə dair iddialar Kremlin diqqətindədir:

“Kreml çox güman ki, Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır. Amma Kreml asanlıq Priqojini “Vaqner”in faktiki rəhbəri vəzifəsindən uzaqlaşdıra və onu başqası ilə əvəz edə bilməz. Çünki “Vaqner” müstəqil şirkətdir. O, Rusiya hökumətində heç bir rəsmi vəzifə tutmur”.

Qeyd edək ki, daha əvvəl Priqojin Rusiya Müdafiə Nazirliyini sərt tənqid etmişdi. O bildirmişdi ki, lazımi qədər silah-surat təmin edilməsə, “Vaqner” Ukraynanın işğal altındakı Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM