satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Silahlı Qüvvələri Baxmutun 20 kvadrat kilometrini azad edib

Ukrayna Silahlı Qüvvələri Baxmutun 20 kvadrat kilometrini azad edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətinin Baxmut şəhərinin 20 kvadrat kilometrini azad edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir: “Şəhər toplarla yerlə-yeksan edilir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl Baxmutda əks-hücum əməliyyatına başladığı bildirilmişdi.

Xatırladaq ki, 8 aydan çoxdur Baxmut şəhərində gərgin döyüşlər gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM