satellite   Azerspace-1: 11135 H 30000

ABŞ: Ukraynada vurulan “Patriot” sistemi işə düşüb

ABŞ: Ukraynada vurulan “Patriot” sistemi işə düşüb

ABŞ rəsmisi Rusiyanın Ukraynada hədəf aldığı “Patriot” hava hücumundan müdafiə sisteminin cüzi zədələnsə də, hazırda işlədiyini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, Rusiyanın hipersəsli “Kinjal” raketinin Kiyevdə “Patriot” sistemini vurduğunu açıqladıqdan sonra ABŞ rəsmisi, Ukraynada bir “Patriot” sisteminin hədəf alındığını təsdiqləyib.

Qurum rəsmisi sistemin bir qədər zədələndiyini, lakin hələ də işlək vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kiyevdə “Patriot” hava hücumundan müdafiə sistemini hipersəs “Kinjal” raketi ilə sıradan çıxartdıqlarını bildirmişdi.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Patrik Rayder mayın 10-da Ukrayna ordusunun “Patriot” raketi ilə Rusiyanın "Kinjal" hipersəs raketini vurduğunu açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM