satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirib, ölən və yaralanan var

Rusiya Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirib, ölən və yaralanan var

Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində bir mülki şəxs ölüb, ikisi yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Odessa vilayəti Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib.

Onun sözlərinə görə, Qara dəniz istiqamətindən atılan raketlərin çoxu Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Ukrayna “Cənub” Hərbi Dairəsinin sözçüsü Natalya Qumenyuk bildirib ki, Rusiya qüvvələri arxa cəbhədəki bölgələrdə terror aktları törətməyə cəhd göstərir, əsas hədəflərdən biri Odessa şəhəridir.

Məlumata əsasən, ötən gecə və səhər saatlarında Ukrayna paytaxtı Kiyev və Dneprin bir neçə rayonunda partlayış törədilib.

Kiyev şəhər Hərbi Administrasiyasının başçısı Sergey Popko bildirib ki, paytaxt ərazisinə Rusiya Xəzər dənizi regionundan “Tu-95MC”, “Tu-160” bombardmançıları vasitəsi ilə “X-101/155” qanadlı raketlər atıb.

Xəsarət alanların olub-olmaması hələ ki məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM