satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyanın hərbi hospitalları yaralı ukraynalı hərbçiləri qəbul edəcək

Yaponiyanın hərbi hospitalları yaralı ukraynalı hərbçiləri qəbul edəcək

Yaponiyanın hərbi hospitalları yaralı ukraynalı hərbçilərin müalicəsində iştirak edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Reuters agentliyi bu barədə Liberal-demokratik partiyanın rəhbərlik etdiyi hakim koalisiyadan olan deputata istinadla məlumat yayıb. Onun sözlərinə görə, müvafiq qərar yaxın zamanlarda qəbul edilə bilər. Bu, Yaponiya hərbi hospitallarının xarici hərbçilərin müalicəsində ilk iştirakı olacaq. Gündoğar ölkə, həmçinin müalicə xərclərinin böyük hissəsini üzərinə götürəcək.

Kyodo agentliyinin məlumatına görə, ukraynalı hərbçilərin Yaponiyada reabilitasiyası iyun ayında başlayacaq. İlk olaraq bu ölkəyə döyüşlər nəticəsində ayaqlarını itirən iki hərbçi göndəriləcək. Onların müalicə xərcləri 4,2 milyon yenə (30,5 min dollara) başa gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM