satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna MN: “Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”

Ukrayna MN: “Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”

“Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “İnsayder”ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov deyib.

O bildirib ki, Rusiyanın Ukraynadakı agentlik şəbəkəsi hələ də qalır, lakin onların imkanları tükənib və artıq mif olub.

K.Budanovun sözlərinə görə, Rusiya ordusu hücum imkanlarını itirib: “İndi onlar müdafiə olunurlar”.

Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, nüvə müharibəsi nəzəri cəhətdən mümkündür, amma praktik baxımdan belə imkan yoxdur: “Çünki bu ssenari Rusiyanın strateji məğlubiyyəti ilə başa çatacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM