satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın MN Ukrayna hərbçilərinin ölkədə təlim keçəcəyini təsdiqləyib

İtaliyanın MN Ukrayna hərbçilərinin ölkədə təlim keçəcəyini təsdiqləyib

İtaliya Müdafiə Nazirliyi ukraynalı hərbçilərin təlimində iştirak etmək imkanını nəzərdən keçirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi ANSA agentliyinə istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Quido Krozetto parlamentin xarici işlər və müdafiə komissiyalarının birgə iclasında deyib.

Onun sözlərinə görə, söhbət digər məsələlərlə yanaşı, ölkə ərazisində yerləşən hərbi obyektlərdə təlim keçməkdən gedir.

Müdafiə naziri təsdiq edib ki, İtaliya “Brüsselin komandanlığı altında Polşa və Almaniyaya göndərilməli olan kadrların köməyi ilə” Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçülərinin hazırlanması üzrə Avropa təşəbbüsündə iştirak etmək niyyətindədir.

İtaliyadakı Ukrayna hərbçilərinə ixtisaslaşdırılmış təlim kursları təklif olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM