satellite   Azerspace-1: 11135 H 30000

G7 liderləri Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul edib

G7 liderləri Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul edib

G7 ölkələrinin liderləri Yaponiyanın Hirosima şəhərində keçirilən iclasda Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, sənəddə Ukraynaya iqtisadi yardım göstərilməsi öz əksini tapıb.

Bildirilib ki, 2023-cü il və 2024-cü ilin əvvəli üçün büdcə dəstəyi artıq qəbul olunub. Liderlər “Taxıl sazişi”nin genişləndirilməsi və uzadılmasını dəstəkləyir.

G7 Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstək verəcək. Bundan başqa, G7 Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün tədbirlər görəcək. Bu ölkələr nüvə enerjisi sahəsində Rusiyadan asılılığı dayandırmağa çalışacaq. Eyni zamanda G7 Rusiyaya sənaye avadanlığı və texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM