satellite   Azerspace-1: 11135 H 30000

G7 liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklər

G7 liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklər

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Hirosimada keçirilən sammitin bitməsinə bir gün qalmış yekun kommünikeni qəbul ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, sənəddə onlar Ukraynanı dəstəkləməyə davam edəcəklərini təsdiqləyiblər.

Bildirilib ki, G7 ölkələri Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya və onun dəstəkçilərinin “xərclərini artırmaq” üçün də tədbirlər görəcəklər.

Bundan başqa, G7 liderləri Çinlə konstruktiv və sabit münasibətlər qurmağa hazır olduqlarını, Tayvan boğazında sabitliyin vacibliyini bir daha təsdiqlədiklərini və “vahid Çin” siyasətinə sadiq olduqlarını bildiriblər.

Sammit iştirakçıları nüvə silahı olmayan dünyaya və kimyəvi, bioloji silahlara dair konvensiyaların effektiv şəkildə həyata keçirilməsinə çağırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM