satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ilin sonuna kimi daha iki “IRIS-T” HHM sistemi alacaq

Ukrayna ilin sonuna kimi daha iki “IRIS-T” HHM sistemi alacaq

“Növbəti il ​​yarım ərzində “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin sayı üç dəfə artacaq. Onların ümumi sayı 10 vahidi keçəcək”.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik deyib.

“Bu gün Ukraynada 2 sistemimiz var, ötən il bizə vəd edilən 2 sistem bu ilin sonuna qədər təhvil veriləcək. Yəni 4 sistemimiz olacaq.

Baxın, ruslar bizim sistemimizi pilotsuz təyyarələrlə tükətməyə çalışırlar ki, qiymətli raketlərdən istifadə edək. Ona görə də düşünürəm ki, tezliklə təkcə Kiyev deyil, Ukraynanın digər irili-xırdalı şəhərləri də qorunacaq”, - Melnik bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM