satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın Baş naziri G7 sammitini erkən tərk edib

İtaliyanın Baş naziri G7 sammitini erkən tərk edib

İtaliyanın Baş naziri Ciorcia Meloni Yaponiyanın Xirosima şəhərində keçirilən “Böyük Yeddilər” (G7) sammitini yarımçıq tərk edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, C.Meloni İtaliyanın şimal-şərqindəki Emiliya-Romaniya regionunda baş vermiş sel və daşqınlar səbəbindən bu qərarı verdiyini bildirib.

“Vicdanım geri qayıtmağımı tələb edir. Mən daha uzaq qala bilmərəm”, - deyə o qeyd edib.

C.Meloni mayın 23-nə Nazirlər Şurasının iclasını təyin edib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 36 min insan evini tərk etmək məcburiyyətində qalıb, 500-dək yol bağlanıb, 305 torpaq sürüşməsi qeydə alınıb, həlak olanların sayı 14-ə çatıb.

Daşqınların 2012-ci ildə İtaliyada baş verən zəlzələdən üç dəfə çox fəsad törətdiyi bildirilib, dəymiş ziyan milyardlarla avro qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM