satellite   Azerspace-1: 11135 H 30000

Polşa Rusiya və Belarus yük maşınlarının sərhəddən keçməsinə icazə verməyəcək

Polşa Rusiya və Belarus yük maşınlarının sərhəddən keçməsinə icazə verməyəcək

Polşa Daxili İşlər Nazirliyi və Administrasiyası Rusiya və Belarusda qeydiyyatda olan malların olduğu yük maşınlarının Polşa-Belarus sərhədindən keçirilməsini dayandırmaq niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə cümə günü dərc olunan hökumətin fərman layihəsində qeyd edilib.

“Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular üçün Belarus Respublikası ilə sərhəddən yükdaşımaları növbəti xəbərdarlıq edilənədək dayandırılır”, - deyə sənəddə bildirilir.

Qərarın bu günlərdə imzalanacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM