satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna və Britaniya "Vaqner"in Baxmutdan çıxmağa başladığını təsdiqləyib

Ukrayna və Britaniya "Vaqner"in Baxmutdan çıxmağa başladığını təsdiqləyib

“Vaqner” muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bu, “Vaqner”in mübarizədən əl çəkməsi kimi qiymətləndirilməməlidir:

“Onlar növbəti dəfə qruplaşdıqdan sonra fərqli istiqamətlərdə yenidən hücuma keçəcəklər”.

Danilov Baxmutun müharibənin gedişatında mühüm rol olduğunu vurğulayıb:

“Biz şəhəri müdafiə etməyə davam edəcəyik”.

Bundan başqa, Böyük Britaniya Müdafiə Nazirliyi də kəşfiyyat məlumatlarına əsasən qeyd edib ki, “Vaqner”çilər şəhərdən çıxmağa başlayıblar:

“Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyət var. Buna baxmayaraq, “Vaqner”çilər yenidən hücuma keçə bilərlər”.

Qeyd edək ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yengeni Priqojın daha əvvəl demişdi ki, onlar iyunun 1-də şəhərdən tamamilə çıxacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM