satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə KİV: PKK mayın 28-də ölkədə xaos yaratmağa hazırlaşır

Türkiyə KİV: PKK mayın 28-də ölkədə xaos yaratmağa hazırlaşır

“PKK terror qruplaşması Türkiyədə prezident seçkilərinin keçiriləcəyi 28 may tarixində ölkədə xaos yaratmağa hazırlaşır”.

Naxçıvan televiziyası “Yeni şafak”a istinadən xəbər verir ki, hazırlıqlar Yunanıstandakı Lavrion düşərgəsində davam edir.

Bildirilib ki, düşərgədən göndərilən şifrəli əl yazısı ifşa olunub. Şifrəli mesajın “İnşaata başlayın” olduğu aşkarlanıb.

Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirmişdi ki, Lavrion düşərgəsində təlim keçən terrorçular prezident seçkilərinin ilk turunda - mayın 14-də də ölkədə qarışıqlıq yaratmaq istəyiblər. Lakin bunun qarşısı alınıb.

Qeyd edək ki, Lavrion düşərgəsi son illər tamamilə PKK terror təşkilatının nəzarətinə keçib. Terrorçular müntəzəm olaraq orada təlim keçirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM