satellite   Azerspace-1: 11135 H 30000

İsveç NATO-ya üzvlük üçün Türkiyənin tələblərini yerinə yetirdiyini bildirib

İsveç NATO-ya üzvlük üçün Türkiyənin tələblərini yerinə yetirdiyini bildirib

İsveç terror əleyhinə qanunvericiliyi qəbul etməklə NATO-ya üzvlük üçün Türkiyənin tələblərini yerinə yetirib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Bloomberg agentliyinə müsahibəsində deyib.

“Biz vədimizi yerinə yetirdik, Türkiyə də sazişin öz üzərinə düşən hissəsini yerinə yetirməli və ratifikasiya prosesinə başlamalıdır”, - deyə nazir bildirib. O, həmçinin NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinə qədər Stokholmun alyansa üzvlüyə nail olmağa çalışacağını vurğulayıb.

“Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qələbə qazandıqdan sonra bütün diqqətini yeni hökumətin formalaşdırılmasına yönəldib. Bu səbəbdən İsveçin səylərinə baxmayaraq, NATO-ya üzvlüklə bağlı sənədin ratifikasiyası yubana bilər”, - deyə Tobias Billström əlavə edib.

İsveçdə terrorçuluq haqqında qanuna dəyişikliklər iyunun 1-dən qüvvəyə minir. Dəyişikliklər terror qruplaşmalarında iştiraka, onların maliyyələşməsinə, terrora açıq çağırışlara və terror cəhdlərinə görə cinayət məsuliyyətini nəzərdə tutur.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Stokholmun terrorizmdə şübhəli bilinən 120 nəfərin Türkiyəyə ekstradisiyasından boyun qaçırdığına görə Ankaranın İsveçin üzvlüklə bağlı sənədini ratifikasiya etməyəcəyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM