satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edilib

Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edilib

Ermənistanda paytaxt İrəvanın Arabkir rayonunun istintaq şöbəsinin 4 müstəntiqi həbs edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, müstəntiqlər narkotik vasitələrin qanunsuz dövriyyəsi və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunurlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti araşdırma apardığı üçün Qor Abramyan təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, narkotik maddə qəbul etdikləri üçün Ermənistan polisinin 10 əməkdaşı daxili işlər orqanından uzaqlaşdırılıb.

Daxili işlər nazirinin müavini Arpine Sarkisyan jurnalistlərə açıqlamasında bildirib ki, 6 hadisə üzrə cinayət işi başlayıb. Onun sözlərinə görə, attestasiyadan əvvəl polisə qəbul olunanlar narkotik testindən keçəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM