satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

Ermənistanın Baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasındakı çıxışı ictimaiyyətə açıqlanacaq.

Bu barədə Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Paşinyanın 44 günlük müharibənin şəraitini araşdıran komissiyada çıxışı açıq olacaq.

“Bilməli olduğunuz vacib şeylər var, mən danışıqlar prosesi haqqında da danışacam. İndi diqqətimi bu mövzuya yönəldirəm, dövlətə zərər verməmək üçün nə deyəcəyimi, nədə susacağımı anlamağa çalışıram”, - o bildirib.

Xatırladaq ki, Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşü zamanı İstintaq Komissiyasında iştirak edəcəyini açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM