satellite   Azerspace-1: 11135 H 30000

Mask tviterin adını dəyişmək planını təsdiqləyib

Mask tviterin adını dəyişmək planını təsdiqləyib

Amerikalı milyarder İlon Mask ona məxsus olan tviter sosial şəbəkəsinin adını dəyişmək planını təsdiqləyib.

Naxçıvan televiziyası TASS-a istinadla xəbər verir ki, Mask bununla bağlı paylaşım edib.

"T(w)itter Daily News" portalı daha əvvəl İ.Maskın son müsahibəsindən sitat gətirərək onun gələcəkdə sosial şəbəkənin adının X olaraq dəyişdirilə biləcəyinə işarə edib. Bu yazıya şərhində amerikalı sahibkar bunun doğru olduğunu təsdiqləyib.

Qeyd edək ki, bu ilin mayında Mask altı həftə ərzində vəzifəsini tərk edəcəyini, həmçinin daha əvvəl “NBCUniversal”da işləmiş Linda İaccarinonun tviterin baş direktoru təyin olunacağını açıqlamışdı. Daha sonra iş adamı bildirib ki, o, indi özünün də sahibi olduğu avtomobil istehsalçısı “Tesla”ya daha çox vaxt ayırmaq niyyətindədir. İaccarinonun bu ay tviterin baş direktoru vəzifəsinə keçəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM