satellite   Azerspace-1: 11135 H 30000

Senat ABŞ-nin dövlət borcu limiti barədə qanun layihəsini təsdiqləyib

Senat ABŞ-nin dövlət borcu limiti barədə qanun layihəsini təsdiqləyib

İyunun 1-də ABŞ Konqresinin senatı ölkədə defoltun qarşısını almaq üçün dövlət borcu tavanının qaldırılması barədə qanun layihəsini qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, Konqresin yuxarı palatasının 63 üzvü layihənin lehinə, 36 üzvü isə əleyhinə səs verib. Təşəbbüs mayın 31-də axşam saatlarında Nümayəndələr palatası tərəfindən də dəstəklənmişdi.

Hazırda sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndərilib. O, bununla bağlı yazılı açıqlamasında senatdakı çoxluğun və azlığın liderlərinə layihəni qanunverici orqandan sürətlə keçirdiklərinə görə təşəkkürünü bildirib.

İlk dəfə 1917-ci ildə Konqres tərəfindən tətbiq olunan tavan Maliyyə Nazirliyinə müəyyən borc səviyyəsinə çatdıqdan sonra və ya müəyyən müddətə qədər hökumətin fəaliyyətinin maliyyələşməsi üçün yeni dövlət istiqrazları çap etməyə imkan vermir. ABŞ bu ilin yanvarında 31,4 trilyon borc tavanına çatdığından nazirlik limiti aşmamaq və mümkün defoltu önləmək üçün fövqəladə tədbirlər görməyə başlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM