satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Odessaya raket zərbəsi endirib, ölən və yaralananlar var

Rusiya Odessaya raket zərbəsi endirib, ölən və yaralananlar var

Rusiya qoşunları iyulun 23-də Ukraynanın Odessa şəhərinə raket hücumu həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var.

Bu barədə Naxçıvan televiziyası Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin teleqram kanalına istinadən xəbər verir.

Atəş nəticəsində bir mülki şəxsin öldüyü bildirilir.

"Odessada saat 03.00-a olan məlumata görə, 4-ü uşaq olmaqla, 18 zərərçəkən var. 14 nəfər şəhər xəstəxanalarına yerləşdirilib, onlardan üçü uşaqdır", - Oleq Kiper bildirib.

Kiperin sözlərinə görə, zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəyişə bilər. Təcili yardım briqadaları hadisə yerindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM