satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusunun Odessanı bombalaması nəticəsində kafedral kilsə dağılıb - VİDEO

Rusiya ordusunun Ukraynanın Odessa şəhərini bombalaması nəticəsində kafedral kilsə dağılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığının) Odessa yeparxiyası məlumat yayıb.

“2023-cü il iyulun 23-nə keçən gecə Rusiyanın Odessa şəhərinə hücumu zamanı raket Transfiqurasiya kafedralına düşüb. Raket birbaşa mərkəzi qurbangaha dəyib, nəticədə kafedral kilsənin binası və üç aşağı mərtəbə dağılıb, interyer və ikonalar əhəmiyyətli dərəcədə zədələnib”, - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Atışma nəticəsində mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinın yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM