satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda daşqınlar azı 22 nəfərin həyatına son qoyub

Əfqanıstanda daşqınlar azı 22 nəfərin həyatına son qoyub

Əfqanıstanın mərkəz hissəsində yerləşən Vardak əyalətində daşqınlar azı 22 nəfərin həyatına son qoyub.

Naxçıvan televiziyası xəbər verir ki, Ariana News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, təbii fəlakət nəticəsində daha 40 nəfər itkin düşüb.

Əyalətin bir neçə rayonunda yüzlərlə ev tamamilə və ya qismən dağılıb, kənd təsərrüfatı əkinlərinə ziyan dəyib. Bölgədə bəzi yollar, o cümlədən Bamiyan şəhərini paytaxt Kabillə birləşdirən avtomobil yolu bağlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM