satellite   Azerspace-1: 11135 H 30000

İsrailin Baş naziri Türkiyə və Kipr səfərlərini təxirə salıb

İsrailin Baş naziri Türkiyə və Kipr səfərlərini təxirə salıb

İsrailin Baş naziri Benyamin Netanyahu səhhəti ilə əlaqədar Türkiyə və Kiprə planlaşdırılan səfərlərini təxirə salmağa məcbur olub.

Naxçıvan televiziyası Kan radiostansiyasına istinadla xəbər verir ki, Netanyahunun sözçüsü Topaz Luk bu məlumatı təsdiqləyib.

“Baş nazirin nəzarət altında qalması tələb olunur, bu, belə tibbi müdaxilədən sonra standart prosedurdur”, - deyə Topaz Luk bildirib. Onun sözlərinə görə, hazırda Baş nazirin ofisi səfərlərin sentyabr ayına keçirilməsi ilə bağlı danışıqlar aparır.

Səfərlərin təxirə salınması ötən gecə Benyamin Netanyahuya kardiostimulyator qoyulması əməliyyatı ilə bağlıdır və o, bir neçə həftə mütəxəssislərin nəzarəti altında olmalıdır.

İsrail Baş nazirinin Kiprə səfəri iyulun 27-nə, Türkiyəyə səfəri isə iyulun 28-nə planlaşdırılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM