satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Ayvalık rayonunda 16 qeyri-leqal miqrant saxlanılıb

Türkiyənin Ayvalık rayonunda 16 qeyri-leqal miqrant saxlanılıb

Türkiyənin Ayvalık sahillərində keçirilən əməliyyat zamanı 16 qeyri-leqal miqrant saxlanılıb, 13 miqrant xilas edilib.

Naxçıvan televiziyası “TRT Haber”ə istinadla xəbər verir ki, Sahil Mühafizə Komandanlığının qrupları Lesbos adasına rezin qayıqda keçməyə çalışan 16 qeyri-leqal miqrantı saxlayıb.

Əməliyyat zamanı həmçinin 13 qeyri-leqal miqrant xilas edilərək sahilə çıxarılıb.

Qeyri-leqal miqrantlar müvafiq prosedurdan sonra Balıkesir Miqrasiya İdarəsinə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM