satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: “Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”

Rusiya XİN: “Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”

“Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.

Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.

Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.

Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM