satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 14 yaşlı məktəbli keçi otara-otara imtahandan yüksək bal toplayıb - FOTOLAR

Türkiyədə 14 yaşlı məktəbli keçi otara-otara imtahandan yüksək bal toplayıb<font color=red> - FOTOLAR</font>

Türkiyənin Elazığ vilayətində 14 yaşlı məktəbli yaylaqda keçi otarmaqla Liseyə Keçid Sistemi (LGS) üzrə imtahandan yüksək bal toplayıb, cəmi bir sualda yanlışı olub.

Naxçıvan televiziyası Anadolu Agentliyinə istinadla xəbər verir ki, ailəsi Elazığ vilayətinin Arıcak mahalında heyvandarlıqla məşğul olan Muhammet Halil Yazar həm keçiləri otarıb, həm də imtahana hazırlaşıb. Ailəsinə kömək edən əzmli məktəbli keçiləri otararkən fürsəti fövtə verməyib və məqsədinə nail olub.

"Yaylaq həyatı çox çətindir, amma ailəm bu işi sevir. Çünki bizim dolanışığımız keçi və inəklərdən çıxır. LGS imtahanından 494 bal aldım. Yalnız bir sualı düzgün cavablandıra bilmədim. Dərs oxuduğum dönəmdə televizora baxmadım, telefonum onsuz da yoxdur. Şadam ki, hədəfimə çatdım", - deyə 14 yaşlı məktəbli bildirib.

Qeyd edək ki, LGS Türkiyədə Milli Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci tədris ilindən tətbiq olunur və liseylərə qəbul imtahanıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM