satellite   Azerspace-1: 11135 H 30000

Əlcəzairdə meşə yanğınları nəticəsində 15 nəfər ölüb

Əlcəzairdə meşə yanğınları nəticəsində 15 nəfər ölüb

Əlcəzairin Becaya və Buira dağlıq rayonlarında baş verən meşə yanğınları nəticəsində 15 nəfər ölüb.

Naxçıvan televiziyası “Reuters”ə istinadən xəbər verir ki, məlumatı Əlcəzairin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, yanğını nəzarət altına almaq məqsədilə 7500 yanğınsöndürən fəaliyyət göstərir.

Əlcəzairin Bumerdes, Tizi-Uzu, Cicel və Skikda rayonlarından 1500 sakin təxliyə edilib.

Qeyd edək ki, Afrikanın şimalında, Tunisdə güclü isti axınının yaranması nəticəsində havanın temperaturu 49 dərəcə selsi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM