satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin daha bir əsgəri "Pəncə-Kilit" əməliyyatında şəhid olub

Türkiyənin daha bir əsgəri "Pəncə-Kilit" əməliyyatında şəhid olub

İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin təcavüzkar atəşi nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Pəncə-Kilit hərəkatı bölgəsində kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirən zaman separatçı terror təşkilatı üzvləri tərəfindən açılan təcavüz atəşi nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub. Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidimizə Allah rəhmət eləsin, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı verir, səbr diləyirik” - Nazirlikdən verilən yazılı açıqlamada deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM