satellite   Azerspace-1: 11135 H 30000

Antonio Quterreş: "Rusiyanın taxıl sazişindən çıxması qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərəcək"

Antonio Quterreş: "Rusiyanın taxıl sazişindən çıxması qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərəcək"

İtaliya Prezidenti Sercio Mattarella Romada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin də iştirak etdiyi görüşdə İtaliya və BMT münasibətləri nəzərdən keçirilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı mərkəzi qərargahında keçirilən Qida Sistemləri Sammitində çıxış edən A.Quterreş dünyada 780 milyondan çox insanın aclıqdan əziyyət çəkdiyini, istehsal olunan qidanın təxminən üçdəbirinin israf edildiyini bildirib. BMT-nin Baş katibi Rusiyanın taxıl sazişindən çıxmasının qlobal ərzaq təhlükəsizliyi və ərzaq qiymətlərinin sabitliyinə mənfi təsir göstərəcəyini deyib.

Antonio Quterreş sammit çərçivəsində İtaliyanın Baş naziri Ciorcia Meloni ilə də görüş keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM