satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada parlament seçkiləri 2024-cü ilin yazında keçirilə bilər

Böyük Britaniyada parlament seçkiləri 2024-cü ilin yazında keçirilə bilər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının rəhbərliyində ölkədə ümumi parlament seçkilərinin 2024-cü ilin yazında keçirilməsinin mümkünlüyü müzakirə olunur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunub ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak çox güman gələn ilin əvvəlində, Böyük Britaniya üçün iqtisadi perspektivlər aydınlaşanda, seçkilərin dəqiq vaxtı ilə bağlı qərar verəcək. Nəşrin yazdığına görə, 2025-ci ilin yanvarından gec olmayaraq keçirilməli olan səsvermənin daha erkən tarixə irəli çəkilməsi ideyası partiyanın yüksək rütbəli üzvləri arasında “rəğbət qazanır”.

Bundan əvvəl Britaniya mediası İcmalar Palatasına seçkilərin 2024-cü ilin oktyabr və ya noyabrında keçirilə biləcəyini iddia edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM