satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Rusiya Silahlı Qüvvələrini Baxmut ətrafında sıxışdırıb

Ukrayna Rusiya Silahlı Qüvvələrini Baxmut ətrafında sıxışdırıb

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləməkdə davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının nümayəndəsi Andrey Kovalyovun bəyanatına istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Andreyevka rayonunda yerləşən mövqelərindən geri çəkilməyə məcbur olub.

Onun sözlərinə görə, Ukrayna qoşunları Baxmut şəhərinin şimal və cənub istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) da bu məlumatı təsdiq edib. Ukrayna SQ son bir həftə ərzində bu istiqamətdə 4 kvadratkilometr ərazini azad edib.

Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün ərzində 35-dən çox toqquşma baş verib, Ukrayna qoşunları düşmənin 9 artilleriya vasitəsini vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM