satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna müdafiəçiləri strateji kəndi azad ediblər

Ukrayna müdafiəçiləri strateji kəndi azad ediblər

“Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Andreyevka kəndindən Rusiya hərbçilərini çıxarıblar”.

Naxçıvan televiziyası “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatıy bildirib.

Onun sözlərinə görə, Baxmut ətrafında başqa yaşayış məntəqəsi kimi Andreyevkanın azad edilməsi şəhəri mühasirəyə almaq və düşməni qovmaq baxımından əməliyyatı başa çatdırmağa imkan verir.

Bildirilib ki, iyulun 25-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində irəliləməkdə davam etdiyinə dair məlumat yayılıb. Ukrayna hərbçiləri Donetsk vilayətinin Staromayorski rayonunda cəbhə xətti boyunca 500 metr irəliləyərək uğur qazanıblar. Məlumata əsasən, hazırda müdafiə qüvvələri əldə olunan xətlərə yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM