satellite   Azerspace-1: 11135 H 30000

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 34 nəfərə çatıb

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 34 nəfərə çatıb

Əlcəzairin şimalında və şərqində tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadla xəbər verir ki, Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, həlak olanların 10-u hərbçidir. Xilasedicilər ölkənin üç vilayətində 1,5 min insanı təxliyə ediblər. Yanğınla mübarizəyə 7,5 min yanğınsöndürən və xüsusi texnika, o cümlədən aviasiya cəlb olunub.

Miqyaslı meşə yanğınlarının isti və quru hava şəraitindən qaynaqlandığı bildirilir. Bazar ertəsi günü Əlcəzairin bəzi bölgələrində havanın temperaturu 48 dərəcəyə qədər yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM