satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

İtaliyada hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.

Naxçıvan televiziyası xəbər verir ki, Lombardiya regionunda güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini uçurub. Küləyin sürəti saatda 100 kilometrə çatıb. İctimai nəqliyyatın və regionlararası qatarların hərəkətində fasilələr yaranıb. Milanda bütün parklar bağlanıb. Breşiada azyaşlı qız aşan ağacların altında qalaraq ölüb.

Müxtəlif bölgələrdə güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib. Bəzi şəhərlərdə leysan yağışı ilə birlikdə güclü dolu yağıb.

Sardiniya adasındakı Olbia aeroportu uçuşlara bağlanıb. Siciliya adasında onlarla meşə yanğını qeydə alınıb, 1500 nəfər təxliyə edilib. Əlverişsiz hava şəraiti yanğınların söndürülməsinə maneə olur.

Əlverişsiz hava şəraiti səbəbindən bir çox şəhərdə infrastruktura ciddi ziyan dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM