satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna minatəmizləmə üçün təxminən 250 milyon dollar alacaq

Ukrayna minatəmizləmə üçün təxminən 250 milyon dollar alacaq

“Ukraynanın müttəfiqləri humanitar minatəmizləmə üçün yeni maliyyə yardımı ayırmağa razılaşıblar. Ümumilikdə ölkəmizə demək olar ki, 250 milyon dollar gələcək”.

Bu barədə Naxçıvan televiziyası Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenkoya istinadən xəbər verir.

“Donorlarımız, o cümlədən ABŞ, Avropa İttifaqı, Yaponiya, Almaniya, Böyük Britaniya, Norveç, İsveç, İtaliya, Litva, Niderland, Danimarka, Kanada, Avstriya, İsveçrə, Koreya və Hovard Baffett Fondu humanitar minatəmizləmə üçün Ukraynaya 244 milyon dollardan çox vəsait ayıracaq”, - deyə o bildirib.

O qeyd edib ki, ilin sonuna kimi Ukrayna Xorvatiyanın “DOK-ING” şirkətindən 10 mina təmizləmə maşını, 600-dən çox metal detektoru, 50 söküntü avtomobili, fərdi minatəmizləmə dəstləri, kvadrokopterlər və sursatların utilizasiyası üçün robot sistemləri alacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM