satellite   Azerspace-1: 11135 H 30000

Rusiyalı politoloq: Paşinyan Rusiyanın səbrini sınamağa başlayır

Rusiyalı politoloq: Paşinyan Rusiyanın səbrini sınamağa başlayır

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın səbrini sınamağa başlayır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko “RİA Novosti“yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın ABŞ ilə birgə təlimlər keçirmək planları nümayişkaranə bir addımdır və İrəvanın Qərbə istiqamətlənməyə çalışdığını göstərir.

Bezpalko qeyd edib ki, Paşinyan ölkəsi ilə Rusiya arasında müttəfiqlik münasibətləri fonunda qəbuledilməz olan bir sıra nümayişkaranə addımlar atır və bununla da Rusiyanın səbrini sınamağa başlayır. Atılan addımlar da öz növbəsində Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri pozmaq istədiyinin əyani sübutudur.

Rusiyalı politoloqun fikrincə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi riski var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM