satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə gecə klubunda silahlı dava olub, ölən və yaralananlar var

Türkiyədə gecə klubunda silahlı dava olub, ölən və yaralananlar var

Türkiyənin Bursa şəhərinin Nilüfər rayonundakı gecə klubunda düşən silahlı dava ölümlə nəticələnib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, silahlı dava gecə klubuna gələnlərlə mühafizəçi arasında düşüb. Hadisədə 4 nəfər yaralanıb, onlar ilkin müdaxilədən sonra xəstəxanaya çatdırılıblar. Yaralılardan biri xəstəxanada ölüb, daha bir nəfərin vəziyyəti isə ağırdır.

Telekanalın məlumatına görə, qaçan şübhəli şəxs polis əməkdaşları tərəfindən olay yerindən 500 m məsafədə yaxalanıb.

Davanın 3 nəfərin gecə klubuna girməsinin əməkdaşlar tərəfindən əngəllənməsi sonucunda düşdüyü iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM