satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: “Ermənistanın ABŞ ilə keçirəcəyi təlimlər Moskvada narahatlıqla qarşılanır”

Rusiya XİN: “Ermənistanın ABŞ ilə keçirəcəyi təlimlər Moskvada narahatlıqla qarşılanır”

“Rusiya Ermənistandakı müttəfiqlərinə ciddi diqqət yetirib, çünki onların ABŞ ilə təlimləri Moskvada narahatlıqla qarşılanır”.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Moskva hesab edir ki, müttəfiqlik ruhuna uyğun olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərlə təlimlər praktikasına riayət etmək lazımdır.

Qeyd edək ki, Ermənistan və ABŞ-nin “EAGLE PARTNER 2023” adlı birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM