satellite   Azerspace-1: 11135 H 30000

Çad əhalisi Fransa hərbi bazasının bağlanmasını tələb edir

Çad əhalisi Fransa hərbi bazasının bağlanmasını tələb edir

Çad əhalisi Fransanın səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirərək, əməkdaşların ölkəni tərk etməsini tələb edirlər.

Naxçıvan televiziyası xəbər verir ki, Çad 60 il əvvəl Fransanın müstəmləkə siyasətindən canını qurtararaq azadlıq əldə edib. Lakin Fransa bu ölkənin bir sıra regionunda hərbi hissələr saxlayır.

Fransa əsgərləri Faya-Laroj şəhərində Məhəmməd Daku Həmid adlı tibb işçisini güllələyiblər. Bu hadisədən sonra yerli əhali Fransa hərbi bazasının qarşısında toplaşıblar və bazanın ölkədən çıxarılmasını tələb ediblər.

Paytaxt Nicamenada Fransa səfirliyi qarşısında da kütləvi etiraz aksiyaları başlayıb. Səfirliyin qarşısındakı avtomobil yandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM