satellite   Azerspace-1: 11135 H 30000

Braziliyada tropik qasırğada ölənlərin sayı 40-a çatıb

Braziliyada tropik qasırğada ölənlərin sayı 40-a çatıb

Braziliyanın cənub bölgəsində ötən həftənin sonundan davam edən tropik qasırğada həyatını itirənlərin sayı 40-a çatıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, vilayət qubernatoru Eduardo Leite keçirdiyi mətbuat konfransında axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Onun sözlərinə görə, ölənlərin sayı arta bilər. Həftə sonundan tropik qasırğanın səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda 900-dən çox sakinin olduğu Rio Grande do Sul bölgəsində axtarış-xilasetmə işləri davam edir.

Fəlakət bölgəsinə baxış keçirən qubernator qeyd edib ki, 9 nəfər itkin düşüb.

Rio Qrande do Sul regionunda 67 şəhərin fırtına və daşqınlardan zərər çəkdiyi, 1 650 nəfərin evsiz qaldığı, 3 000-dən çox insanın isə müvəqqəti olaraq təhlükəsiz ərazilərə göndərildiyi bildirilir.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib və insanlara kömək etmək üçün əlindən gələni edəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM